Xəbər lenti

Salyanda əhali vəhabilərə qarşı ayağa qalxdı
Ölkə06:34 10.04.2014

Salyanda əhali vəhabilərə qarşı ayağa qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan rayon polis idarəsinin təhqiqatçısı faktla bağlı araşdırma aparıldığını deyir

Salyanda yerli sakinlər, əsasən, vəhabilərin toplaşdığı məscidlərdən birinə hücum edib. 

Salyan sakinlərindən Anspress-ə verilən məlumata görə, etirazçılar məscidə hücum etdikdən sonra vəhabilərə məxsus mağazalardan birinə hücum ediblər. 

Məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Polis təhqiqatçısı Telman Baloğlanov faktı təsdiqləyib. O, bildirib ki, məsələ ilə bağlı vəhabilər polis şöbəsinə şikayətlər edirlər.

Telman Baloğlanovun sözlərinə görə, faktla bağlı araşdırma aparılır. 

Məsələni diqqətdə saxlayırıq.

Qaynar.info