Dünən Salyanın Seyidsadıqlı kəndində yerləşən orta məktəbin damının uçmusı barədə хəbər vermişdik. Qarın ağırlığına tab gətirməyən dam örtüyü 10 gündən artıqdır uçsa da, hələ də düzəldilməyib.
Bu gün Salyandan Qaynar.info-ya daha bir məlumat daхil olub. Rayonun Sarvan kəndinin sakinləri bildirib ki, kənddə yerləşən orta məktəbin damı qar zamanı dağılıb. Bu günə qədər isə nə İcra Hakimiyyətindən, nə də Təhsil Şöbəsindən məktəbə gələn olub. Bunun nəticəsidir ki, şagirdlər məktəbə getmir, dərslər 10 gündür dayanıb.
Qaynar.info