Xəbər lenti

Salyanda oğru polisləri çaş-baş saldı
Ölkə10:45 01.09.2014

Salyanda oğru polisləri çaş-baş saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan şəhərində mağazadan oğurluğa cəhd göstərmiş rayon sakini R.Rüstəmov bıçaqla özünə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, hadisə ötən gün baş verib.

Belə ki, Salyan şəhər sakini Mübariz Abbasova məxsus mağazaya gələn naməlum şəxs orada satıcı işləyən Səadət Qasımovaya çəkiclə xəsarət yetirib oradan ərzaq məhsulları aparmağa cəhd göstərib, müqavimətlə rastlaşdığından hadisə yerini tərk edib.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin rayon sakini Rəfayel Rüstəmov olduğu və onun xalası Natalya Rüstəmovanın evində olması, ora baxış zamanı isə R.Rüstəmovun bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən R.Rüstəmovun vəziyyəti orta-ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Qaynar.info