Xəbər lenti

Şamaxıda torpaq sürüşməsi: iki ailə evini tərk etdi
Ölkə13:17 20.04.2017

Şamaxıda torpaq sürüşməsi: iki ailə evini tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. 
"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, sürüşmə şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altındadır. Son bir həftədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözü gedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən-günə genişlənir.
Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirməyərək uçur.
Evlərdəki çatlar isə artmaqdadır. Artıq iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib.
Hadisə ilə bağlı Şamaxı rayon fövqaladə hallar komissiyası əraziyə baxış keçirib, müəyyən ölçülər götürülüb. 
MilliYol.Az