Bu gün "Azəriqaz” İB-nin növbəti "Açıq mikrofon” aksiyası baş tutub.
Qaynarinfo xəbər verir ki, "Səyyar qəbul otağı” Şamaxı rayonunun adına adekvat olan kəndində - Səfalı kəndində qurulub. İllərdi mavi yanacağın olmamasından əziyyət çəkən sakinlər öz şikayət və təkliflərini səsləndirib.
Tədbirdə "Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və millət vəkili Tamam Cəfərova iştirak edərək sakinlərin problemini dinləyib.
Sakinlərin probleminin həlli üçün yerində qərar verilib.