Xəbər lenti

Sambo yığmamızdan 4 medal
İdman17:34 22.06.2015

Sambo yığmamızdan 4 medal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sambo yarışları keçirilib. Qaynar.info xəbər verir ki, 1 gün davam edən mübarizədə 8 dəst medalın sahibi müəyyənləşib.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayıb. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb və 4 medal qazanıb. Kişilərdən İslam Qasımov, Amil Qasımov, Vasif Səfərbəyov, qadınlardan isə Nəzakət Xəlilova gümüş medala sahib çıxıb.
Qaynar.info