Xəbər lenti

Samir Şərifov büdcə dəyişikliyini zəruri edən səbəbi açıqladı
Ekonomiks07:58 07.06.2024

Samir Şərifov büdcə dəyişikliyini zəruri edən səbəbi açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6,867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur"
 Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki dünya neft və qaz bazarında qiymət konyukturası və digər gəlirlər nəzərə alınaraq hökumətin makroiqtisadi proqnozları yenilənib: 
"2024-cü ildə dünya bazarında neftin bir barelinin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan 27.3 ABŞ dolları çox olub.
ÜDM 121.3 milyard manat və ya əvvəlkindən 3 milyard manat çox proqnozlaşdırılıb. Yenilənmiş proqnozlar cari ilin dövlət büdcəsinə də dəyişikliyi zərurətə çevirib".
Qafqaz Rafiqoğlu