
Rusiya doğumlu futbolçumuz Samir Məsimovun Sloveniyanın "Domjale" klubu ilə dünən 3 illik müqavilə bağladığını xəbər vermişdik.
Qaynar.info xəbər verir ki, Samir artıq yeni klubu ilə ilk yoxlama oyununda iştirak edib.
Belə ki, Domjale təmsilçisi Bolqarıstanın 26 dəfə çempionu olmuş "Levski" komandası ilə Antalyada gücünü sınayıb. Oyun vaxtı ilə Telman İsmayılova məxsus olmuş "Mardan" İdman Kompleksində baş tutub. Start heyətində yer alan və 19 nömrəli forma ilə yarımmüdafiənin sağında mübarizə aparan Samir görüşün 61-ci dəqiqəsində Yan Repasla əvəzlənib.
Görüş 1:1 hesabı ilə başa çatıb. "Domjale"nin qolunu vuran futbolçu isə vaxtı ilə "Bakı"da çıxış etmiş Argentina doğumlu sloven oyunçu Lukas Mario Xorvat olub.
Həmin oyundan fotoları və videonu təqdim edirik.
Qaynar.info




