Xəbər lenti

Samir Şərifov vəzifədən uzaqlaşdırılan rəisi işə bərpa etdi
Ölkə05:34 30.10.2014

Samir Şərifov vəzifədən uzaqlaşdırılan rəisi işə bərpa etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılan Şəmkir rayonu Maliyyə İdarəsinin rəisi Nazim Məlikov yenidən öz vəzifəsinin icrasına başlayıb. 

Modern.az saytının sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün cari il avqustun 7-də Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmışdı. 

Nazim Məlikov oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmri ilə vəzifəsinə bərpa olunub: “Belə ki, Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib və beləliklə də Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb”.

Qaynar.info