Xəbər lenti

Şampunun içindən narkotik çıxdı - FOTOLAR
Ölkə13:53 26.10.2014

Şampunun içindən narkotik çıxdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda həbsxanada şampunun içindən narkotik vasitə aşkarlanıb. Qaynar.info Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə 2 saylı cəzaçəkmə müəssisəsində baş verib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3; 181.2.4 və 181.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyev tərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman, “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusundan 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Qaynar.info