Xəbər lenti

Samuel Eto prezident seçildi
İdman19:49 11.12.2021

Samuel Eto prezident seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kamerun yığmasının və dünyanın bir çox tanınmış klublarının futbolçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Qaynarinfo xəbər verir ki, S.Eto seçkilərin nəticələrinə görə hazırkı federasiya prezidenti Seydu Mbombuo Njoyu qabaqlayıb. O, növbəti dörd il ərzində bu vəzifəni icra edəcək.
Qeyd edək ki, Samuel Eto karyerasını 2019-cu ildə başa vurub. Karyerası ərzində "Real”, "Malyorka”, "Barselona”, "İnter”, "Anji”, "Çelsi”, "Everton”, "Sampdoriya”, "Antalyaspor”, "Konyaspor”, Qətər klublarında çıxış edib. Üç dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İspaniya çempionu və bir dəfə İtaliya A Seriyasının qalibi olub.