Xəbər lenti

İtaliyanın ən böyük və tarixi stadionu sökülür
İdman11:05 05.03.2019

İtaliyanın ən böyük və tarixi stadionu sökülür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın ən böyük futbol stadionu "San Siro"nun sökülməsi planlaşdırılır.
Qaynarinfo Vesti.ru-ya istinadən xəbər verir ki, "Milan" və "İnter" klublarının oyunlarının keçirildiyi stadionun yaxınlığında yeni arena tikiləcək. "Milan" rəsmiləri artıq bu qərara razılıq verib, "İnter" isə məsələ ilə bağlı açıqlama danışmayıb. 
Yeni stadion 60 min izləyici potensialına sahib olacaq və 600 milyon avroya başa gələcək. 
Qeyd edək ki, 1926-cı ildə inşa edilən "San Siro"nun azarkeş tutumu 80018 nəfərdir. 
Gülşən