Xəbər lenti

Santuş: “Azərbaycan bütün variantlarda oynamağa hazırdır”
İdman19:32 06.09.2021

Santuş: “Azərbaycan bütün variantlarda oynamağa hazırdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcə Azərbaycan – Portuqaliya matçıöncəsi qonaqların baş məşqçisi Fernando Santuşun mətbuat konfransı keçirilib.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi bunları söyləyib: "Azərbaycan yaxşı təşkil olunmuş komandadır. Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Canni De Byazi Albaniyanı AVRO-2016-nın final mərhələsinə yüksəltmiş mütəxəssisdir. O, heç vaxt bir topdan artıq fərqlə uduzmayıb. Ümid edirəm ki, sabah fərqli olacaq. Bu komanda tam müdafiəyə də qapanmır. Rəqibimiz Serbiya və İrlandiya ilə matçlarda da bacarıqlı komanda olduğunu göstərdi. Çalışacağıq Azərbaycana qarşı yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayırlar, bəzən isə əksinə. Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır. Sabahkı oyunda uduzmaq barədə düşünmürəm”.
Səbuhi Həsənov