Xəbər lenti

Saqqalı qırxılan vəhabi danışdı
Ölkə10:28 05.07.2014

Saqqalı qırxılan vəhabi danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabadda dini zəmində baş verən qarşıdurma ilə bağlı bu gün daha bir neçə nəfər saxlanılıb. 

Hadisənin əsas təşkilatçılarından biri Rəmzi adlı şəxs dünən rayon polis şöbəsinə aparılıb.

Hadisə zamanı təhqirə məruz qalan Kürdəmir rayon Sığırlı kənd sakini Cavanşir Zərbəliyev İstiqamet.com-a açıqlamasında bildirib ki, bu gün onu Kürdəmir rayon polis şöbəsinin rəisi və onun müavini qəbul edib: «Bir saata yaxın söhbətimiz oldu. Dedilər ki, qanunu pozanlar, məni döyənlər cəzasız qalmayacaqlar. Mən dövlətimə güvənirəm. İnanıram ki, haqsızlıq yerdə qalmayacaq. Sabirabad rayon polis şöbəsindən də zəng etmişdilər. Bu gün təhqiqatçı Kürdəmirə gəlib məni özü ilə Sabirabada aparacaq. Hadisə necə olubsa, hamısını deyəcəm».

C.Zərbəliyev qeyd etdi ki, o, Sabirabadda heç bir dini təbliğat işi aparmayıb: «Yalan söhbətdir. Gilasın qiymətini soruşan zaman bir nəfər qolumdan tutub məni hədələməyə başladı. Sonra digərləri üstümə düşdü. Məni döyməyə, təhqir etməyə başladılar. Saqqalımı qırxdılar. Nə qədər and-aman etdim xeyri olmadı. Hamının gözü qarşısında mənə qarşı qeyri-insani hərəkət etdilər. Onların bu hərəkəti hansı təriqətdən olursa-olsun heç bir müsəlman əhlinə yaraşmır».

C.Zərbəliyev əlavə etdi ki, o, döyülən zaman oğlu bazarın yaxınlığında avtomobildə əyləşib: «Oğlumun xəbəri olmadı. Bazarın kənarında maşında əyləşmişdi. Sifətimə çoxsaylı zərbələr endiriblər. Həftənin birinci günü həkimə gedəcəm».