Sarayevoda keçirilən böyüklər arasında cüdo üzrə Avropa kuboku turnirinə yekun vurulub.
Qaynarinfo xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtında yarışda Azərbaycan millisi məşqçi Vüqar Hüseynovun rəhbərliyi altında 3 çəki dərəcəsində, 6 idmançı ilə qatılıb.
Yekun nəticəyə görə Aytac Qardaşxanlı (-63 kq) və Südabə Ağayeva (-70 kq) bürünc medalla kifayətləniblər.
Səbuhi Həsənov