
İranlı futbolçu Soşa Makani 6 aylıq futboldan uzaqlaşdırılıb.
Qaynarinfo.az qol.az-a istinadən xəbər verir ki, qəribə olsa da buna səbəb 29 yaşlı qolkiperin sarı şalvar geyməsi və şəkil çəkdirib sosial şəbəkədə paylaşmasıdır.
Makaninin bu hərəkətini etik cəhətdən düzgün saymayan İran Futbol Federasiyasının Etika Komitəsi onu cəzalandırıb.
Qeyd edək ki, İran millisinin sabiq üzvü bundan əvvəl sosial şəbəkədə çarşabsız qızlarla şəkil paylaşdığı üçün həbs olunmuşdu.
Qaynarinfo.az