Xəbər lenti

Sarkisyan Ramil Səfərovu öldürmək əmri verib - ŞOK
Ölkə19:27 24.04.2014

Sarkisyan Ramil Səfərovu öldürmək əmri verib - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni yazar Aykazn Qaqriyan bu gün qondarma erməni soyqırımı ilə bağlı yazı dərc edib.

“Axar.az” xəbər verir ki, yazıda dünən İrəvanda qondarma soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdən bəhs olunub:

 “Ənənəyə uyğun olaraq dünən Türkiyə bayrağı yandırılıb. Onunla yanaşı böyük pullar hesabına Ramil Səfərovu Bakıya ekstradisiya edən Macarıstanın da bayrağı yandırlıb. Məlum olub ki, bu əməliyyatda Rusiya da iştirak edib. Amma nədənsə Rusiyanın bayrağı yandırılmayıb.

"Ramil Səfərovu qəhrəmanlaşdırdılar. Serj Sarkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır".

Müəllifin bu yazısından görünür ki, Ermənistan rəhbərliyi öldürülmüş zabitinin intiqamını almaq niyyətindən əl çəkməyib. Prezident Serj Sarkisyanın Ramil Səfərovu öldürmək üçün əmr verməsi bunun bariz nümunəsidir. 

Qaynar.info