Xəbər lenti

Saxlanılan generalın “əməkdaşlıq” etdiyi şirkətlərin dövlətə milyonlarla borcu var (ARAŞDIRMA)
Ekonomiks16:35 15.07.2022

Saxlanılan generalın “əməkdaşlıq” etdiyi şirkətlərin dövlətə milyonlarla borcu var (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. M.Rəsulovun vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında bir sıra şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Qaynarinfo DTX tərəfindən açıqlanan şirkətlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, saxlanılan generalın qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq "əməkdaşlıq” etdiyi şirkətlərin dövlətə də milyonlarla borcu var.
Beləliklə, "NANOC" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Zamiq Dadaşov Alşah oğludur. Şirkətin nizamnamə kapitalı 10.00 AZN, hüquqi ünvanı isə AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 23A-dır. Zamiq Dadaşovun nizamnamə kapitalı 10 AZN olan və eyni ünvanda yerləşən  "XROMON" MMC şirtkəti də mövcuddur.
 Bu şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 79354.63 manat vergi borcu var. 
"VEQA-SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi İlqar İsrafilov Aydın oğludur. MMC-nin nizamnamə kapitalı 40 AZN, hüquqi ünvanı isə Qobustan şəhəri, Yeni massivdir.
Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4 milyon 923 min 240 manat 90 qəpik borcu var. 
"MEGAN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Vladimir Sementsov Alekseyeviçdir. Şirkətin nizamnamə kapitalı 10 AZN, hüquqi ünvanı isə  Quba rayonu, AMSAR göstərilir. 
Bu MMC-nin də 3 saylı Ərazi Vergilər İdarəsinə 601 min 719 manat 06 qəpik borcu var. 
Eyni ünvanda yerləşən və nizamnamə kapitalı 10 AZN olan "CBG SERVICE-CR" MMC-də Vladimir Sementsov  Alekseyeviçə məxsusudur. Vladimir Sementsovun bu şirkətinin isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 68 min 240 manat 91 qəpik borcu var. MMC Bakı şəhərinin küçələrinin işıqlandırılması üçün keçirilən bir sıra  tenderlərin də qalibi olub. 
"OMEQA SERVİS İKO" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rövşən Novruzov Tələt oğludur. Şirkətin nizamnamə kapitalı 10 AZN, hüquqi ünvanı isə Bakı şəhəri Nərimanov rayonu, Maqsud Əlizadə, ev 120, m.1-dir. 
Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 534 min 539 manat 01 qəpik vergi borcu var. 
"DELTA SERVİS İKO"  Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rövşən Novruzov Tələt oğludur. Şirkətin nizamnamə kapitalı 10 AZN, hüquqi ünvanı isə Bakı şəhəri Nərimanov rayonu, Maqsud Əlizadə, ev 120, m. 1-dir.
Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 161 min 001 manat 43 qəpik vergi borcu var. 
"Azerbaijan Legal Consulting İnternational Services” MMC barədə isə heç bir məlumata rast gəlinmədi.
Əhməd