Dünya 18:02 05.12.2023

"Saxo Bank": Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasını ala bilər

Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasını satın ala bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Danimarkada yerləşən "Saxo Bank"ın 2024-cü il üçün hazırladığı "şok proqnoz"larda deyilir.

Bankın saytında verilən məlumata görə, 2024-cü ilin ortalarında neftin qiyməti 80 dollardan 150 dollar/barelə qalxarsa, Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasını əldə edəcək. "Saxo Bank" hesab edir ki, ərəblər turniri FIFA Dünya Çempionlar Liqasına çevirmək arzusundadır.

Bu halda turnirdə təkcə Avbropa yox, planetin ən yaxşı klubları iştirak edəcək. Ər-Riyadda xeyli sayda oyun keçiriləcək və turnirdə 48 komanda iştirak edəcək.

UEFA Çempionlar Liqasının hazırda təsnifat mərhələsində 80-ə yaxın, qrup mərhələsində isə 32 komanda iştirak edir. İndiki formatda turnir iyunun sonunda ilkin mərhələ, üç seçmə mərhələ və hər biri bir qrupdan ibarət pley-off mərhələsi ilə başlayır. Altı komanda nəticələrə əsasən seçilmiş 26 komandaya qoşulur.

Ötən il turnirin qalibi İngiltərənin "Mançester Siti” komandası olub. Finalda Xosep Qvardiolanın yetirmələri Milan "İnter”inə 1:0 hesabı ilə qalib gəlib.

Aydın