Xəbər lenti

Sayca 80-ci "Açıq mikrafon" aksiyası baş tutdu
Ölkə16:06 03.06.2022

Sayca 80-ci "Açıq mikrafon" aksiyası baş tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sayca 80-ci "Açıq mikrofon" aksiyası Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin Yevlax xidmət sahəsində baş tutub.
Görüşdə ümumilikdə 21 vətəndaşın qaz təchizatı ilə bağlı problemi dinlənilib. Çıxış edənlər əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacın quraşdırılması, qaz sayğacının və küçə qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, əhali və qeyri-əhali abonentləri üzrə istehlak olunan təbii qaza görə yaranan debitor borca görə köməklik edilməsi, qaz xəttinin qoşulması ilə bağlı müraciətlər ediblər. 
Ünvanlanan hər bir müraciət "Azəriqaz" İB-nin Tərtər RQİİ-nin rəisi Azay Muxtarov tərəfindən cavablandırılıb. Daxil olan müraciətlərin nəzarətə götürüləcəyi qeyd edilib.