Xəbər lenti

Sazz 4G İnternet Xaçmaz şəhərində faliyyətə başladı
Ekonomiks11:56 27.11.2013

Sazz 4G İnternet Xaçmaz şəhərində faliyyətə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sazz 4G simsiz İnternet provayderi Xaçmaz şəhərini öz əhatə dairəsinə daxil edib.

 Xaçmaz şəhərindəki Sazz müştəri xidmətləri abunəçilərə Nəriman Nərimanov prospektində, (köhnə muzey binasının yaxınlığında) xidmət göstərəcək. 

Sazz 4G İnternetin “Standart” tarif paketi abunəçilərə eyni modemlə əhatə dairəsinin istənilən nöqtəsində internetə qoşulmaq imkanı yaradır.  Sazz İnternetə qoşulmaq istəyən hər bir abunəçiyə İnternetin keyfiyyətini yoxlamaq üçün 5 günlük sınaq müddəti təqdim olunur. 

Qeyd edək ki, qısa vaxt ərzində Sazz 4G internet provayderi Zaqatala, Balakən, Qax və Qusar şəhər sakinlərini də genişzolaqlı simsiz internetlə təmin edib.

Sazz 4G internet xidmətinin əhatə dairəsinə hazırda Bakı və Abşeron, Gəncə, Sumqayıt, Mingəçevir, Balakən, Zaqatala, Qax, Qusar və Xırdalan  şəhərləri daxildir. Yaxın günlərdə Sazz 4G İnternetin əhatə dairəsinə Quba şəhərinin daxil olunması gözlənilir. 

Qaynar.info