Xəbər lenti

SAZZ İnternetin yay kampaniyası başladı
Ekonomiks08:12 02.06.2014

SAZZ İnternetin yay kampaniyası başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sazz İnternetin bu ilki yay kampaniyası  “Yay boyu Sazz İmkanlar” adı altında keçirilir. Sentyabrın 15-nə qədər davam edəcək kampaniya dövründə provayder mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli təkliflər hazırlayıb.
3 aylıq abunə haqqını ödəyən hər yeni abunəçi simsiz İnternetə qoşulmaq üçün lazım olan Sazz USB modemini pulsuz əldə edə biləcək.

Sazz İnternetə stasionar Alvarion Wi-Fi mərkəzi ilə qoşulmağı üstün tutanlar iyun ayının 15-dən etibarən Alvarion Wi Fi mərkəzini də güzəştli şərtlərlə ala biləcəklər. Abunəçilərə iki müxtəlif seçim paketi təqdim olunacaq. Belə ki, qiyməti 219 manat olan paketə qoşulanlar 4 aylıq abunə haqqını ödəyərək Alvarion Wi Fi modemini 15 faiz endirimlə əldə edə biləcəklər. Yaxud qiyməti 165 manat olan paketi seçənlər Alvarion Wi-Fi mərkəzini alıb Sazz İnternetə abunə olarkən 15 gün əlavə pulsuz İnternet əldə edə biləcəklər.

Mövcud Sazz abunəçiləri arasında populyar olan böyük qənaət paketi isə bu yay da qüvvəsindədir. 4 aylıq istifadə haqqını ödəyənlərə əlavə 30 gün pulsuz İnternet hədiyyə olaraq təqdim ediləcək. İnternet haqqını 3 ay əvvəlcədən ödəyənlər isə 15 gün pulsuz İnternet qazanacaqlar. Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə İnternetdən istifadə haqqı 10-20% daha ucuz başa gələcək.

Yay boyu Sazz imkanlar kampaniyasında yay tətilinə çıxmış məktəblilər üçün isə xüsusi təklif hazırlanıb. Filtrlənmiş İnternet paketi olan “Yeniyetmə” paketinə qoşulan hər bir valideynə 30 gün əlavə pulsuz İnternet hədiyyə veriləcək.

Kampaniyadan Sazz İnternetin Süleyman Rüstəm küçəsi, 17B ünvanında yerləşən baş ofisində və bütün Sazz İnternet satış nöqtələrində faydalanmaq olar.  Abunə haqqı ödənişlərini bütün Sazz ofislərində, eləcə də www.sazz.az saytında yerləşdirilmiş “şəxsi kabinet” vasitəsilə “online” həyata keçirmək olar.

Xatırladaq ki, Sazz İnternet həmişə olduğu kimi hər yeni abunəçiyə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda Sazz İnternet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda isə Sazz İnternetin əhatə dairəsinə cənub zonasına daxil rayon mərkəzələrinin də daxil olunması planlaşdırılıb.

Qaynar.info