2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail” klubu 4 əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Qaynarinfo xəbər verir ki, bunu klubun mətbuat xidməti yayıb.
Son olaraq Braziliyanın "Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla "1+1" illik müqavilə imzalanıb. Hulk yeni mövsümdə heyətdə 99 nömrəli forma ilə çıxış edəcək.
Növbəti transfer Portuqaliyanın "Braqa” klubunun yetirməsi olan Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu "Braqa B”nin heyətində ümumilikdə 79 qarşılaşmada 15 qol vurub. Yan Said komandada 9 nömrəli formanı geyinəcək.
Daha bir transferson olaraq Lüksemburqun "Dudelange” klubunda çıxış etmiş Aldo Josue Gomes Soaresdir (Dinho). 26 yaşlı hücumçu ötən mövsüm "Dudelanj”ın heyətində 22 qarşılaşmada 7 qola imza atıb. O, "Səbail”də 80 nömrəli forma ilə çıxış edəcək.
Digər yeni transfer isə ötən mövsümü "Şahdağ Qusar”da keçirmiş Peter Aqblevordur. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Peter Agblevor yeni mövsümdə komandanın heyətində 22 nömrəli forma ilə mübarizə aparacaq.
Şərhlər