Xəbər lenti

"Səbail" Avroliqa oyununun biletlərini satışa çıxardı
İdman09:49 04.07.2019

"Səbail" Avroliqa oyununun biletlərini satışa çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səbail"in Rumıniya klubu ilə qarşılaşması üçün biletlər artıq satışa çıxarılıb.
 
Qaynarinfo xəbər verir ki, biletlər hələlik onlayn qaydada satışa çıxarılıb. Belə ki, matça canlı baxmaq istəyənlər, biletləri "iticket.az" internet saytı vasitəsilə əldə edə bilərlər. 
Biletlərin qiyməti 1 və 3 manatdı. 
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 11-də, Bayıl stadionunda keçiriləcək "Səbail” – "Universitatya Krayova” (Rumıniya) oyununun start fiti saat 20:00-da səsləndiriləcək.