"Səbail" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Ədilxan Qarəhmədov daha iki il "dənizçilər"in formasını geyinəcək.
Qeyd edək ki, "Səbail”də daha əvvəl Adil Nağıyev və Ruslan Hacıyevlə də yeni sözləşmə imzalayıb.