Xəbər lenti

"Səbail"in stadionunda problem yarandı, oyunun vaxtını dəyişdilər
İdman10:14 12.12.2023

"Səbail"in stadionunda problem yarandı, oyunun vaxtını dəyişdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün Misli Premyer Liqasının 17-ci turunun "Səbail”  və "Qəbələ” komandaları arasında baş tutacaq oyununun vaxtı dəyişdirilib.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytından bildirilib.
"Səbail”in vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən "Qəbələ” PFL tərəfindən məlumatlandırlıb. PFL-in yekun qərarına əsasən oynanılması əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-da baş tutmasıına qərar verilib.
Səbuhi Həsənov