Azərbaycan Premyer Liqası təmsilçisi "Səbail" məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, klubla bağlı məhkəməyə Əmirov Zaur Abdulla oğlu müraciət edib.
"Səbail"lə bağlı məhkəməyə müraciətin səbəbi isə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlıdır.
Qeyd edək ki, "Səbail" hazırda Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Səbuhi Həsənov
Şərhlər