Xəbər lenti

"Səbail" oyuna hazırdır - "Neftçi"də vəziyyət necədir?
İdman10:35 14.08.2023

"Səbail" oyuna hazırdır - "Neftçi"də vəziyyət necədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" "Səbail"i qəbul edəcək. 
Qaynarinfo xəbər verir ki, "Neftçi Arena"da keçiriləcək matç 20:00-da start götürəcək. 
"Səbail"in mətbuat xidmətindən saytımıza verilən məlumatına görə, "dənizçilər" meydana itkisiz çıxacaqlar. Komandanın heyətində cəzalı və zədəli futbolçu yoxdur. 
Ancaq "Neftçi" üçün vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, avrokuboklarda mübarizə aparan təmsilçimizin heyətində problemlər var. Ömər Buludov, Aqil Məmmədov və Azər Əliyev zədə səbəbi ilə qarşılaşmanı buraxmalı olacaqlar. 
Qeyd edək ki, hər iki klub mövsümə uğursuz başlayıb. Çempionatın ilk turunda "Səbail" "Sumqayıt"a 1:4, "Neftçi" isə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Röya Kərimli