Xəbər lenti

“Səbail” “Qəbələ”ni böyük hesabla məğlub etdi
İdman11:01 15.12.2023

“Səbail” “Qəbələ”ni böyük hesabla məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səbail” Azərbaycan Premyer Liqasının XVII turunda "Qəbələ”ni böyük hesabla məğlub edib.
Qaynarinfo xəbər verir ki, "ASCO Arena”da keçirilən oyunda Bakı klubu rəqibin qapısından 3 cavabsız top keçirib - 3:0.
"Dənizçilər”in heyətində 18-ci dəqiqədə Yadin Luqasi, 60-cı dəqiqədə penaltidən Aleksandr Ramalinqom fərqləniblər. 52-ci dəqiqədə isə "Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov avtoqol müəllifi olub. "Qırmızı-qaralar”ın oyunçusu Samuel Tette 35-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "Səbail” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Qəbələ” isə 11 xalla sonuncu yerdə qalıb.
Qeyd edək ki, turun ilk oyununda ötən gün "Kəpəz”lə "Sumqayıt” bərabərə qalıblar - 1:1. Bu gün "Araz-Naxçıvan” – "Sabah”, dekabrın 16-da "Turan Tovuz” – "Zirə”, 18-də isə "Qarabağ” – "Neftçi” matçları baş tutacaq.