"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, bolqarıstanlı Emil Martinov yenidən Bakı təmsilçisində çıxış edəcək. Müqavilənin müddəti bir illikdir.
Yarımmüdafiəçi "Səbail"in heyətində 2018/19 mövsümündə də çıxış edib.
Səbuhi Həsənov