"Böyük qürur hissi ilə demək olar ki, "İqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının” iştirakçı-dövlətləri konfransının – COP29-un uğurları illər sonra müzakirə olunacaq, tədqiq ediləcəkdir”
Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov deyib:
"COP29 uğurla realizəsi Azərbaycanın beynəlxalq səhnədə mövcud rolunu və gücünü göstərdi. Prezident İlham Əliyev tərəfindən vurğulandığı kimi, bu konfrans Azərbaycan üçün iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. 76 mindən çox iştirakçının qatıldığı COP29-unyüksək səviyyədə təşkili Bakının beynəlxalq tədbirlərin reallaşdığı şəhərə çevrildiyini göstərdi. Bakıda keçirilmiş COP29-un qəbul etdiyi ən mühüm qərarları sırasında hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusi yeri tutur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29-a Sədrliyi olaraq həyata keçirdiyi intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29 ekoloji, siyasi hədəflərindən başqa, maliyyə hədəflərinədə uğurla çatmış oldu”
Şərhlər