Xəbər lenti

Səbuhi Məmmədlinin son durumu açıqlandı
Ölkə09:40 11.08.2023

Səbuhi Məmmədlinin son durumu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb. 
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti stabilləşib.
O, komatoz vəziyyətdən çıxıb və fikirlərini ifadə edə bilir. 
Reanimasiyada müalicəsi davam etdirilən jurnalistin bu gün palataya köçürülməsi gözlənilir.