Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yanında podratçı şirkətin inzibatçısı Səbuhi Nəsrullayev vəfat edib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü S.Nəsrullayev mayın 28-də Cəbrayıl rayonu Fuğanlı kəndi ərazisində ağır yol qəzasına düşüb.
"Mitsubishi L200" markalı avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarətlər alan S.Nəsrullayev xəstəxanaya yerləşdirilib. Lakin koma vəziyyətində olan S.Nəsrullayevin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, S.Nəsrullayev uzun müddət bank sektoru və digər özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Şərhlər