Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi yekunlaşıb. MSK mayın 26-da keçiriləcək iclasında yenilənmiş seçici siyahıları ilə bağlı göstəriciləri ictimaiyyətə açıqlayacaq.
Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim etməlidirlər. Dairələr isə ən gec aprelin 5-dək ilkin dəqiqləşdirilmiş siyahıları MSK-ya göndərməlidirlər.
MSK həmin məlumatları ümumiləşdirərək ölkə üzrə vahid seçici siyahısını tərtib edir. Seçicilərin daimi siyahısı isə hər il mayın 30-dək təsdiqlənməlidir.
Şərhlər