Siyasət 10:17 29.01.2024

Seçki bülletenində namizədlərin adları bu sıralama ilə yazılacaq

"Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaq”.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbinə əsasən, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olur və bülletenlər də bu qayda əsas götürülməklə çap olunur:

R.Qasımov MSK-nın hazırda seçki bülletenlərinin çapını həyata keçirdiyini vurğulayıb.
 
Qeyd edək ki, fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.

Beləliklə, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaqsa, onda sıralama aşağıdakı kimi olacaq:

Əliyev Fuad Ağasi oğlu

Əliyev İlham Heydər oğlu

Həsənquliyev Qüdrət Müzəffər oğlu

Musayev Elşad Nəbi oğlu

Mustafa Fazil Qəzənfər oğlu

Nurullayev Razi Qulaməli oğlu

Oruc Zahid Məhərrəm oğlu