Xəbər lenti

“Seçki günü əvvələ çəkilə bilməz” -YAP rəsmisi
Ölkə12:09 18.07.2013

“Seçki günü əvvələ çəkilə bilməz” -YAP rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrda keçiriləcək prezident seçkisinin günü məlum deyil.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov iyulun 18-də “Media forum” saytına deyib ki, hələlik bu barədə qərar yoxdur. MSK-nın seçki günü ilə bağlı nə zaman qərar verəcəyi də bilinmir.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə “Media forum” saytına bildirib ki, Seçki Məcəlləsinə əsasən, prezident seçkisi oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü keçirilməlidir: “Həmin gün bayrama düşür, MSK səsverməni başqa tarixə keçirməlidir. Bu müddəanın hüquqi şərhi ondan ibarətdir ki, əvvəlcədən müəyyənləşən səsvermə günü bayrama düşərsə, seçki növbəti günlərdən birinə keçirilməlidir. Seçki günü əvvələ çəkilə bilməz. Səsvermə tarixi dəyişərsə, aradakı fərq bir neçə gün olmalıdır”.

Prezident İlham Əliyev Seçki Məcəlləsinə 30 aprel dəyişikliyini imzalayıb. İyunun 12-də rəsmiləşən yeniliyə görə, səsvermə günü Ümumxalq Hüzn Günü (20 Yanvar) və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə həmin ayın başqa iş gününə təyin edilir. 

Bu il Azərbaycanda prezident seçkisi oktyabrın 16-da keçirilməli idi. Oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçki günü dəyişməlidir.

Qaynar.info