Xəbər lenti

Seçki siyahısında daha hansı sürpriz adları görəcəyik?
Siyasət 18:29 25.07.2024

Seçki siyahısında daha hansı sürpriz adları görəcəyik?

Seçki prosesində iştirak edən namizədlərin adları ictimaiyyətə açıqlanıb. Lakin namizədliyin irəli sürülməsi ilə bağlı vaxtın başa çatmasına bir həftədən də az vaxt qalmasına baxmayaraq, prosesə maraqlı isimlər, sürpriz adlar qatılır. 

Onlardan biri də Azərbaycanın Rusiyada səlahiyyətli səfiri Polad Bülbüloğludur. Səfir 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədlyini irəli sürüb.
 
Maraqlıdır, qarşıdakı bir həftədə bu kimi isimlərin sayı artacaq? 

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında belə isimlərin davamlı olmasına güman etmədiyini söyləyib:
 


"Yeni adlar olmayacaq. İmzatoplanması kompaniyasının başa çatmasına çox az vaxt qalır. Polad Bülbüloğlu şuşalıdır və hesab edir ki, şuşalılar onu  dəstəkləyəcək. Prinsip etibarı ilə onun adı YAP-ın siyahısında olmasa da, Şuşa camaatı onu dəstəkləyəcək".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->