Xəbər lenti

“Şəfəq-Asiman”da qaz-kondensat ehtiyatları aşkar edildi
Ekonomiks12:03 10.02.2022

“Şəfəq-Asiman”da qaz-kondensat ehtiyatları aşkar edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7 189 metr dərinlikdə tamamlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci il üzrə yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib: "Hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bu təhlil karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır”.
Xatırladaq ki, "Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.