Xəbər lenti

Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn ediləcək
Ölkə12:49 26.07.2013

Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərhum bəstəkarla vida məraismi Mahnı Teatrında olacaq

Xalq artisti, bəstəkar Şəfiqə Axundova sabah Fəxri Xiyabanda dəfn ediləcək. Bu barədə məlumatı ANS PRESS-ə mərhum bəstəkarın bacısı Rəfiqə Axundovanın gəlini verib. Məlumata görə, Şərqin opera yazan ilk qadın bəstəkarı ilə vida mərasimidə sabah keçiriləcək. Mərasim saat 13:00-dan 15:00-a kimi Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Xatırladaq ki, Ş.Axundova bu gün günorta saatlarında müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
86 yaşlı Şəfiqə Axundova iyulun 11-də Şəkidə olarkən qəflətən halı pisləşib. Xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti daha sonra Bakıya - Klinik Mərkəzə gətirilib.

Qaynar.info