Xəbər lenti

Səfir Bakıda rəqs etdi - VİDEO
Ölkə07:38 24.05.2014

Səfir Bakıda rəqs etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Macarıstan səfiri gənclərdən geri qalmayıb

Bakıda Gənc Tamaşaçılar Teatrında “Macarıstanın Mədəniyyət Günləri” keçirilib. Tədbirdə macar qonaqlarla yanaşı Macarıstanın ölkəmizdəki səfirliyinin əməkdaşları, o cümlədən səfir də iştirak edib. 

Qonaqlara Macarıstanın turizm imkanları,əl işləri nümayiş olunub. Daha sonra tədbirin bədii hissəsi başlayıb. Musiqiçi və rəqqaslar macar xalq bədii nümunələrini təqdim ediblər.

Lakin ən maraqlı məqam səfirin rəqsi olub. Belə ki, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora olub. O, bildirib ki, illər öncə Bakıya gələn gənc rəqqaslar kimi rəqs edə bilirdi. Lakin indi yaşı çox olduğuna görə çox rəqs edə bilmir. Bununla belə, pencəyini çıxardaraq musiqiçilərdən Macarıstan xalq mahnısını ifa etməyi xahiş edib və qonaqlara əsl “master-klass” göstərib. Tamaşaçıların alqışlarına görə diplomat uzun müddət səhnəni tərk etməyib.

Qaynar.info