Xəbər lenti

Şehiçin yeni klubu müəyyənləşir - Azərbaycana gəlir?
İdman12:32 29.08.2019

Şehiçin yeni klubu müəyyənləşir - Azərbaycana gəlir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Türkiyə təmsilçisi "Erzurumspor"n formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, qolkiper Səudiyyə Ərəbistanına üz tutacaq. Bu haqda Bosniya və Hersoqovina mətbuatı məlumat yayıb. Ölkəsinin millisinin də şərəfini qoruyan 31 yaşlı qolkiper ölkənin "Əl-Əhli" klubuna keçəcək. Hazırda bu klubda daha iki bosniyalı - Ervin Zukanoviç və Elvis Sariç çıxış edir.
Bildirilir ki, Şehiç ötən mövsüm Türkiyə Super Liqasını tərk edən "Erzurumspor"da qalmayacaq.
Qapıçı 2013 - 2018-ci ildə "Qarabağ"da çıxış edib. Onun hazırkı klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi mövcuddur. Qapıçının yenidən Ağdam təmsilçisinə qayıdışı da gündəmdədir.