Xəbər lenti

Şəhid əsgərlərimiz dəfn edildi
Ölkə07:48 04.04.2016

Şəhid əsgərlərimiz dəfn edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub. 

Report-un məlumatına görə, təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan 23 yaşlı  Dilsuz Məmmədağa oğlu Quluyev Ağcabədi rayonun Hindarx qəsəbəsində torpağa tapşırılıb. 

Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Ağcabədi rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Cəbhənin Tərtər rayonu istiqamətində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun əsgəri Neftçalada dəfn olunub. Aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan 22 yaşlı Elmdar Səlimxan oğlu Səfərovun cənazəsi ötən gün Neftçala rayonuna gətirilib. Bu gün şəhidin cənazəsi rayonun Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.

Qaynar.info