Xəbər lenti

Şəhid leytenant Ümid Niftəliyev Naxçıvanda dəfn olundu
Ölkə12:18 18.11.2021

Şəhid leytenant Ümid Niftəliyev Naxçıvanda dəfn olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlu Naxçıvanda dəfn olunub.
Qaynarinfo xəbər verir ki, şəhid doğulduğu Babək rayonunun Nehrəm kəndində torpağa tapşırılıb.
Dəfn mərasində rəsmi şəxslər, Müdafiə Nazirliyinin əməkdaşları, ictimiayyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçisi yaralanıb.