Xəbər lenti

Şəhid müavinətləri ailədə necə bölünməlidir? – Hüquq müdafiəçisi
Ölkə07:40 05.02.2021

Şəhid müavinətləri ailədə necə bölünməlidir? – Hüquq müdafiəçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dövlət tərəfindən şəhid ailələrinə verilən müavinət şəhidin həyat yoldaşı ilə anasına düşür”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Novella Cəfəroğlunun fikrincə, şəhid ailələri arasında razılaşma da mümkündür:
"Ailələr öz aralarında razılaşa da bilərlər. Əgər ailədə kiçik yaşlı uşaqlar varsa, onlar bunu nəzərə almalıdır. Şəhidin ata-anası həmin müavinəti öz istəyi ilə övladının uşaqlarına verməlidir”.
Hüquq müdafiəçisi təklif edib ki, əgər şəhidin ailəsində bir neçə kiçik yaşlı uşaq varsa, həmin müavinət onların sayına görə bölünməlidir:
"Hərəsinə bir pay düşməlidir. Çünki qadının himayəsində körpə uşaqları var”.
Bahar Rüstəmli