Xəbər lenti

Şəhid olan əsgərimiz haqqında duyğulandıran film - VİDEO
Ölkə06:37 24.05.2016

Şəhid olan əsgərimiz haqqında duyğulandıran film - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprel döyüşlərində torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş qəhrəman şəhid 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğlu ilə bağlı qısa film hazırlanıb. 
Şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib. 
Hazırlanan qısa filmdə şəhid Mahir Mirzəyevin həyatıdan bəhs olunur. Ailəsi və yaxınları şəhidin necə insan olduğundan söhbət açır. Filmi ərsəyə gətirən rejisor Bəxtiyar Məmmədov çox uğurlu bir layihəyə imza atıb.  
Qeyd edək ki, şəhid Mahir Mirzəyev Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib. (baku.ws)
Qaynarinfo.az