Xəbər lenti

Şəhid və qazi ailələri idmana cəlb olunacaq
İdman16:23 17.11.2021

Şəhid və qazi ailələri idmana cəlb olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyası qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəman varisləri'' adlı layihə həyata keçirəcək.
MOK-dan Qaynarinfo-ya verilən məlumata görə, layihənin əsas məqsədi idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına töfhə verməkdir. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Noyabrın 21-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.
Layihədə üzgüçü Fatimə Alkərəmova, cüdoçu Rüstəm Orucov, güləşçi Rəsul Çunayev, boksçu Kamran Şahsuvarlı və taekvondoçu Fəridə Əzizova iştirak edəcəklər.