Xəbər lenti

Şəhidimiz dəfn olundu
Ölkə11:32 26.03.2016

Şəhidimiz dəfn olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün cəbhə xəttində şəhid olan kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
APA-nın verdiyi məlumata görə, erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən şəhid olan E.Abbaszadənin dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Dəfn mərasiminin sonunda hərbi orkestr Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.  
Qaynar.info