
Diyarbəkirin Sur qəsəbəsində şəhid olmuş Mehmet Dinçin cibindən 6-cı sinif şagirdinin yazdığı məktub çıxıb.
Qaynar.info bizimyol.info-ya istinadən xəbər verir ki, şagirdlər, könüllü xanımlar əməliyyatların davam etdiyi bölgələrdə əsgərlərə mənəvi dəstək olmaq məqsədi ilə onlara bir çox məktub yazıb göndərirlər. Həmin məktublardan biri şəhid çavuş Mehmetin cibindən çıxıb.
6-cı sinif şagirdi Səlçuğun yazdığı məktubu təqdim edirik:
"Salam vətənimizi qoruyan əsgərlər. Vətənimizi və millətimizi qorumaq üçün canlarınızı fəda edirsiniz. Hər gün şəhid olur. O, PKK-lılar hər gün bir can alır. Amma siz bizləri qoruyan insanlarsınız. Allah sizi qorusun. Allah köməyiniz olsun. Türkiyə sizlərlə qürur duyur.
Qeyd edək ki, çavuş Mehmet Dinç, Diyarbəkirin Sur qəsəbəsində şəhid olmuş, cənazəsi isə Diyarbəkir Hərbi Xəstəxanasında keçirilmiş rəsmi mərasimdən sonra doğulduğu yer olan Malatyaya göndərilmişdi.
Qaynar.info

