Xəbər lenti

Şəhidlərin medalları ailələrinə verildi - FOTO
Ölkə15:19 01.08.2015

Şəhidlərin medalları ailələrinə verildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir il öncə cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Biləsuvar rayon sakinləri Pərvin Əliyev və Rahil Hüseynov Azərbaycan prezidentinin sərancamı ilə hərbi xidmətdə fərqlənməyə görə medalı ilə təltif olunublar. 
Qaynar.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, medalı şəhidin ailə üzvləri qəbul edib. 
Bu ilin aprelində döyüş tapşırığnı yerinə yetirəkən şəhid olmuş Azərbaycan ordusunun giziri Biləsuvardan olan Şahmurad Əlizadə də Müdafiə Nazirliyinin müvafiq əmri ilə Hərbi xidmətdə fəqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunub. 
Qeyd edək ki, Biləsuvar rayonu Azərbaycanın ərazi bütövlüyü uğrunda 122 şəhid verib.
Qaynar.info