Xəbər lenti

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb
Ölkə12:32 07.03.2016

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

​Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazirliyin mətbuat xidmətindən Report-a verilən xəbərə görə, qurumun Apellyasiya Şurasının ilk iclası keçirilib, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.

Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.

Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.

Qaynar.info